Lionel Messi:" Toy günü Neymarın bu qərarı verdiyini bilmirdim"

"Barselona"nın futbolçusu Lionel Messi sabiq komanda yoldaşı Neymarın PSJ-yə keçidinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu İspaniyada marca qəzetinə müsahibə verib. Leo  braziliyalı komanda yoldaşının keçidi haqda danışıb:"Mənim iyun ayında etdiyim toyda qonaqlar arasında Neymarda var idi, lakin O, mənə Paris təmsilçisinə keçəcəyi ilə bağlı söz açmamışdı. Toy günü Neymarın bu qərarı verdiyini bilmirdim.ABŞ-dakı təlim-məşq toplanışının sonuna qədər biz onunla bu mövzu haqda  danışmamışıq. Mənə demişdi ki, hələ bilmir, hansı qərarı verəcək. Başqaları deyir ki, Neymar artıq seçimini etmişdi. Ancaq biz bu haqda danışmırdıq".

Qeyd edək ki. Neymar bu yay "Barselona"dan PSJ-yə 222 milyon avroya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right