Morata “Real”dan ayrılma səbəbini açıqladı

“Çelsi”nin hücumçusu Alvaro Morata sabiq klubu “Real” barədə danışıb.

Newsport.az-ın məlumatına görə, ispan futbolçu “Marka”ya açıqlamasında “kral klubu”ndan daha çox oynamaq üçün ayrıldığını deyib:

“Real” dünyada bütün oyunçuların çıxış etmək istədiyi klubdu. Ancaq mən ordan ayrılmaq istədim. Niyə? Sadəcə, futbol oynamaq istədiyim üçün. Bəziləri mənim mübarizə aparmaq istəmədiyimi dedilər. Ancaq mən uzun müddət “Real”da “11-liy"ə düşmək üçün mübarizə apardım. Oynamağa ehtiyacım var idi. Bu şansı mənə “Çelsi” verdi. Bu komandaya gəldiyimə görə peşman deyiləm. Ümid edirəm, burda uzun müddət qalaram.

Həyatta atdığım hər bir addımın mənə nə isə qazandırdığına inanıram. İtaliyada oynamaqla nə isə qazandım, İspaniyada da... İndi qarşımda böyük bir hədəf var: İspaniya və İtaliyadan sonra İngiltərədə də çempion olmaq. Buna nail olmuş neçə futbolçu var ki?”

Morata “Real”da baş məşqçisi olmuş Zinəddin Zidan barədə fikirlərini də bildirib:

“O, mənə “Real”da oynamaq və Çempionlar Liqasını qazanmaq fürsəti verdi. Mənimlə çox açıq danışdı. O mənə dedi ki, “Alvaro, oynamaq istədiyini bilirəm. Lakin ayrılmağın daha məntiqli görünür. Qalmağını istəyirəm, amma ön xətdə seçim imkanımın çox olduğunu da bilməlisən”. Gələn il dünya çempionatı var və burda İspaniya millisində yer almaq istəyirəm. Bunun üçün isə daim şans qazanmalıydım”.

Xatırladaq ki, Morata “Çelsi”yə bu yayda transfer olunub.

“Çelsi” ÇL-in qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right