Futbolçumuzun komandası Bundesliqa klubuna 3 qol vurdu

Almaniyanın “Duysburq” klubu 2-ci Bundesliqada yaranmış fasilədən yararlanaraq yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi Duysburq təmsilçisi əsas Bundesliqada mübarizə aparan “Bayer”lə qarşılaşıb. 6 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Lakin fasilədə, komandası 2:1 öndə olarkən əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right