Maskerano:"Vəziyyət belə davam edərsə kulubdan ayrılacam"

“Barselona”nın futbolçusu Xavyer Maskerano komandadan ayrıla bilər.

Newsport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi ölkəsinin mətbuatına verdiyi açıqlamada vəziyyət belə davam edərsə klubdan ayrılacağını bildirib və meydana az çıxmasından şikayətlənib. “Mənim üçün əsas odur ki, xoşbəxt olum. İşlərin bundan sonra necə gedəcəyinə baxıb qərar verəcəm. “Barselona”da müntəzəm oynamıram, ancaq hər oyunda meydana çıxmağa layiq olduğumu göstərirəm".

Qeyd edək ki, 33 yaşlı Maskeranonun  “Barselona” ilə müqaviləsi 2019-cu ildə başa çatr. O, bu  mövsüm cəmi 6 oyunda meydana çıxıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right