Lionel Messi "Barselona"dan gedir?

Mövsümün sonunda “Barselona” ilə müqaviləsi bitəcək olan argentinalı ulduz futbolçu Lionel Messi bu haqda danışıb.

Newsport.az xəbər verir ki, Messi Argentina kanallarından birinə verdiyi açıqlamada:”Hələ ki, gələcəyim haqda düşünmürəm, ancaq uşaqlığımdan bəri xəyal etdiyim və mənim üçün xüsusi yeri olan “Nevels Old Boys” klubunda nə vaxtsa oynamaq istəyərəm. Bunun nə zaman olacağını deyə bilmərəm bu gün “Nevels”də forma geyinməyi çox istəyirəm, lakin hazırki səviyyəmi qorumam lazımdı”deyib. Xatırladaq ki,  Futbola Argentinanın  “Nevels Old Boys” klubunda başlayan Lionel Messi 2000-ci ildə klubdan ayrılaraq “Barselona”nın futbol akademiyasına keçib.

Kataloniya klubunun prezidenti Joseb Maria Bartomeu argentinalı ulduzla yeni müqavilə imzaladıqlarını bildirsə də, lakin “Barselona” komandasından hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu mövsüm La Liqada çıxdığı 11 oyuna 12 qol vurmağı bacaran Messi bambardirlər siyahısında birinci yerdə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right