"Atletiko"nun müdafiəçisi Şime Vrsalko Madrid klubundan ayrıla bilər

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi olan "Atletiko"nun müdafiəçisi Şime Vrsalko Madrid klubundan ayrıla bilər.

 

Newsport.az xəbər verir ki, müdafiəçi karyerasını İtaliyada davam etdirə bilər. Xorvatiyalı futbolçu çempionluq uğrunda mübarizə aparan "Napoli"nin transfer hədəfindədir. Bu barədə "Football İtalia" məlumat yayıb. Neapollular Vrsalkonu "Mançester Siti" ilə matçda zədələnərək uzun müddətə sıradan çıxan Fauzi Qulamın əvəzinə heyətə qatmaq niyytindədir. 

 

Həm sağ, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilən 25 yaşlı futbolçu bu mövsüm 3 oyunda şans qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right