Yanne Andersson: "Rəqib nə qədər güclü, təcrübəli olsa da, biz qorxmuruq" Açıqlama

İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in pley-off mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyunlardan danışıb. 

Newsport.az xəbər verir ki, İsveç mətbuatına verdiyi açıqlamada təcrübəli mütəxəssis komandasının istənilən rəqibi üstələyə biləcəyini bildirib: “Biz seçmə mərhələdə Fransa və Hollandiya ilə birgə ən çətin qrupda yer almışdıq. Orada da layiqli mübarizə apardıq. İtaliya da daxil olmaqla istənilən komandaya qalib gələ bilərik. Əvvəlki oynadığımız  güclü rəqiblərlə oyunlarda artıq bunu sübut etmişik.Təbii ki. İtaliya zəngin futbol ənənələrinə və güclü heyətə malik komandadır. Rəqib nə qədər güclü, təcrübəli olsa da, biz qorxmuruq". deyib.

Qeyd edək ki, İsveç noyabrın 10-da İtaliya ilə öz meydanında, 13-də isə səfərdə qarşılaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right