Pep Gvardiola rekord qırmağa davam edir

Pep Gvardiola məşqçilik dönəmində  “Mançester Siti” ilə karyerasının ən yaxşı başlanğıcını edib.

Newsport.az xəbər verir ki, İngiltərə Premyer Liqasında 11 oyuna 31 xal toplayan Gvardiyolanın yetirmələri ən yaxın izləyicisi “Mançester Yunayted”i 8 xal qabağlayırlar. “Şəhərlilər” Çempionlar Liqasında da oynadıqları 4 oyunun hamısında qələbə qazanaraq Avropanın hal-hazırda ən formada olan klublarından biridir.

İspaniyalı mütəxəssis ötən mövsüm “Siti”də karyerasını kuboksuz başa vurmasının ardından bu sözlərlə yadda qalmışdı: “Barselona”da, ya da “Bayern Münhen”də olsaydım, böyük ehtimalla istefaya göndərilərdim. Klub rəhbərliyi sağ olsun ki, mənə inanır” demişdi.

Qeyd edək ki, 46 yaşlı baş məşqçi 2016-ci ildən “Mançhester Siti”nin sükanı arxasındadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right