Ronaldo: "Mövsümün sonunda bombardir mən olacam"

Realın hücumçusu  Ronaldo komanda yoldaşları ilə mərcə girib. O , bu mövsüm İspaniya çempionatının bombardiri olacağını söyləyib.

Newsport.az xəbər verir ki, İspaniyanın Marca gəzetinə müsahibə verən 32 yaşlı ulduz fitbolçu Cristiano Ronaldo jurnalistin bu mövsüm sizdən qarşıdakı oyunlarda qollar görə biləcəyikmi? sualına "mövsümün axırı bombardir mən olacağımla bağlı dostlarımla mərcə girmişəm" deyib. O, Lionel Messini ötəcəyi təqdirdə mərcdən qazandığı pulu xeyriyyə məqsədinə yönəldəcəyini də bildirib. Bundan başqa Ronaldo İskonun qol vurmasından sonra bunu onunla bayram etməməsinə görə də narazı qaldığını da vurğulayıb.

Qeyd edək ki, bu mövsüm portuqaliyalı  hələlik 7 oyuna cəmi 1 qol vurub. Messinin isə aktivində 12 qol var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right