Şevçenko niyə Argentina millisi ilə oyuna qarşı çıxıb?

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko güclü milli ilə yoldaşlıq görüşü keçirmək üçün yüksək miqdarda pul ödəməyin əleyhinədi.

Newsport.az-ın məlumatına görə, bu barədə sabiq hücumçu yerli mətbuata danışıb. O, bir müddət öncə yayılmış Argentina millisinin Ukrayna yığması ilə qarşılaşmaq üçün 1 milyon dollar tələb etməsi barədə sualı şərh edərkən, bunu düzgün saymadığını deyib:

“Argentina millisi ilə oyun və ödəniləcək məbləğ barədə danışıqlar aparmışdıq. Düzünə qalsa, mən bu oyuna qarşı idim. Ölkə üçün çətin vaxtlardı, güclü komanda ilə oyun üçün pul ödənilməsini düzgün saymıram. Şəxsi əlaqələrimi işə salacam. Artıq bir neçə aparıcı milli komandaların baş məşqçisi ilə danışmışam. Güclü rəqib tapsaq, bu, yaxşıdı. Əgər alınmasa da, bizim Slovakiya ilə qarşılaşmamız olacaq. Bu, çox güclü komandadı. Gələn ildən bütün gücümüzü aparıcı millilərlə yoldaşlıq oyunlarının təşkil edilməsinə sərf edəcəyik. Məhz bu cür yığmalarla görüşdə komandanın əsl gücü bəlli olur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right