"Çelsi"nin futbolçusu: "Formamı bərpa etmək üçün bir qədər də vaxt lazımdı"

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante hələ tezliklə yaşıl meydanlara qayıtmaq istəmir. 

Newsport.az-ın məlumatına görə, Fransa millisinin üzvü bunu zədədən sonra yaranan qorxu hissi ilə əlaqələndirib.

26 yaşlı futbolçu formasını bərpa etmək üçün vaxta ehtiyacı olduğunu deyib:

"Belə zədələrdən sonra meydana çıxan zaman qorxu hiss edirsən. Bir həftəlik məşqdən və oyundan sonra özümü yaxşı hiss edirəm. Zədəyə görə uzun müddət oynamadım. Ancaq ən yaxşı formamı bərpa etmək üçün bir qədər də vaxt lazımdı". 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması 22 noyabr tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right