Andrea Pirlo karyerasını başa vurdu

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo karyerasının son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli oyunçu MLS-də “Nyu-York Siti”nin heyətində “Kolumbus”la matçda (2:0) 90 dəqiqə meydanda olub. Bununla da, Pirlo peşəkar karyerasına son qoyub.

Xatırladaq ki, Pirlo karyerası ərzində “Milan”, “İnter”, “Yuventus”, “Reccina”, “Breşiya” kimi klublarda oynayıb. 38 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “Nyu-York Siti”nin şərəfini qoruyurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right