“Fənərbaxça”da yeni baş məşqçi iddiası

Aykut Kocamanın istefa ehtimalından sonra klubda yeni baş məşqçi axtarışı ilə bağlı xəbərlər gündəmə gəlib.

Newsport.az xəbər verir ki,  baş məşqçi Aykut Kocamanla yolların ayrılacağı təqdirdə, “Fənərbaxça”  Qazaxıstanın “Astana” klubunda çalışan Stanimir Sotilovu komandaya gətirəcək. Bu haqda yazılar hazırda Türkiyə mətbuatında daha geniş müzakirə olunur.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2005-2006-cı illərdə  “Levski Sofiya” kollektivini UEFA kubokunun 1/4 finalına qədər daşıyıb. 2014-cü ildən “Astana” klubunu çalışdıran Stanimir Sotilov 4 dəfə Qazaxıstan çempionluğunu bayram edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right