Almaniya millisi Bakıya 22 futbolçu ilə gəlir

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, “panzerlər”in baş məşqçisi Ştefan Kunts millimizlə qarşılaşma üçün 22 futbolçuya dəvət göndərib.

Qapıçılar: Svend Brodersen (Sankt-Pauli), Nils Korber (Prussen Munster), Aleksander Nubel (Şalke)

Müdafiəçilər: Valdemar Anton (Hannover), Timo Baumqartl (Ştutqart), Benjamin Henriş (Bayer), Ceyms Horn (Köln), Tilo Kehrer (Şalke), Lukas Klostermann (Leyptsiq), Paskal Ştenzel (Frayburq), Cordan Torunariqa (Herta)

Yarımmüdafiəçilər: Nadiem Amiri, Dennis Qeyqer, Filip Oş (hamısı “Hoffenhaym”), Mahmud Dahud (Borussiya D), Marsel Hartel (Union Berlin), Eduard Loven (Nürnberq), Florian Neuhaus (Fortuna), Levin Öztunalı (Maynts)

Hücumçular: Canni Serra (Borussiya D), Aron Seydel (Holşteyn), Sedrik Teuçert (Nürnberq”).

Xatırladaq ki, Almaniya yığması noyabrın 9-da millimizin qonağı olacaq, ayın 14-də isə İsraili qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right