Rauf Əliyevli “Kukesi” yenə xal itirdi

Futbol üzrə Albaniya çempionatında 9-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Flamurtari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf meydana matçın sonlarında çıxıb.

“Kukesi” geridə qalan turlarda 18 xal toplayıb və 10 komanda arasında ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right