Ufuk 90 dəqiqə oynadı, komandası uduzdu

 

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.

“Samsunspor” 10 turdan sonra 13 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right