Emin mövsümün son matçında məğlubiyyətə üzüldü

Futbol üzrə İsveç çempionatında mövsümə yekun vurulub.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da sonuncu matçına çıxıb. Sözügedən klub 30-cu tur çərçivəsində doğma meydanda “Yurqorden”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nuri də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı bu qarşılaşmada sonadək oynayıb.

Beləliklə, “Kalmar” mövsümü 32 xalla 16 komanda arasında 12-ci pillədə başa vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right