Renat Dadaşov növbəti qolunu vurdu

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 11-ci tur çərçivəsində səfərdə “Ştutqart”la qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb. Renat sonadək oynayıbsa, Murad 90-cı dəqiqədə əvəzlənib. Renat 51-ci dəqiqədə hesab arasındakı fərqi azaldan qolun müəllifi olub.

“Ayntraxt” hazırda 15 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right