Azarkeşə təpik vuran ulduz futbolçu komandadan qovuldu

Fransa millisinin üzvü Patris Evra "Marsel" klubundan qovulub. 

Newsport.az saytının məlumatına görə, buna fransalı futbolçunun Avropa Liqasının 4-cü turunda "Gimaraynş"la oyundan əvvəl etdiyi hərəkət səbəb olub. İsinmə hərəkəti zamanı azarkeşlərdən biri onu təhqir edib. Buna tab gətirməyən futbolçu həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib.

Qeyd edək ki, 36 yaşlı futbolçunu UEFA tərəfindən də ağır cəza gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right