"Neftçi"nin son 4 oyunun 4 ən yaxşı qolu

"Neftçi" Azərbaycan Premyer Liqada son 4 oyununun ən yaxşı 4 qolunun videogörüntüsünü hazırlayıb.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi "Facebook" səhifəsində bununla bağlı bildirilib:

"Son 4 oyunun ən yaxşı qolunu seçmək üçün dəyərli vaxtını ayırıb rəy bildirən hər bir neftçisevərə minnətdarıq. Səs çoxluğu Rəhman Hacıyevin "Sumqayıt"la son oyunda vurduğu mühüm qolun tərəfində idi. Amma İqnasio Erreranın "Səbail"lə qarşılaşmadakı estetik qolu, Derlis Meza Kollinin qələbə seriyamızı başlayan gözəl zərbəsi, kapitan Ruslan Abışovun basketbol termini ilə desək "üçxallığı" və son qələbələrimizi gətirən bütün qollar azarkeşlərimizin diqqətindən yayınmadı. Hər bir azarkeşimizə hörmət əlaməti olaraq qələbə seriyamızda vurduğumuz qolların hamısını "ən yaxşı" seçdik.

Bu qollarda və bu qolların gətirdiyi qələbələrdə payı olan bütün futbolçularımıza təşəkkür edirik!
Qələbələrimizin davamı gəlsin!".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right