Dadaşov oynadı, komandası xal itirdi

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 14-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Herta II” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb.

"Dinamo" hazırda 26 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right