Təbriz klubu səfərdə qalib gəldi

Futbol üzrə İran çempionatında 11-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Göstəriş” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Sanat Naft Abadan”la üz-üzə gəlib. Cənubi azərbaycanlılar bu oyundan qələbə ilə ayrılıblar – 1:0.

Təbrizin daha məşhur “Traktorsazi” komandası da bu tur çərçivəsində iki gün öncə doğma meydanda “Zobahan”la bərabərə qalmışdı – 0:0.

Qeyd edək ki, “Traktorsazi” hazrda 12 xalla 16 iştirakçı arasında 9-cu, “Göstəriş” isə 11 xalla 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right