Arda Turan və Burak Yılmaz milliyə dəvət olunmadı

Futbol üzrə Türkiyə millisinin Rumıniya və Albaniyaya qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Mirça Luçesku 26 futbolçuya dəvət göndərib.

Arda Turan, Burak Yılmaz, Mehmet Topal, Caner Erkin kimi aparıcı futbolçuların qarşıdakı oyunlara dəvət almaması diqqət çəkib.

Qapıçılar: Harun Təkin (“Bursaspor”), Okan Kocuk (“İstanbulspor”), Volkan Babacan (“Başakşəhər”);

Müdafiəçilər: Kaan Ayhan (“Fortuna”, Almaniya), Ozan Tufan (“Fənərbaxça”), Çağlar Söyüncü (“Frayburq”, Almaniya), Erol Erdal Alkan (“Dordrext”, Hollandiya), Ömər Toprak (“Borussiya”, Almaniya), Sərdar Əziz (“Qalatasaray”), Uğur Demirok (“Trabzonspor”), İsmayıl Köybaşı (“Fənərbaxça”);

Yarımmüdafiəçilər: Cengiz Ündər (“Roma”, İtaliya), Dəniz Türüç (“Kayserispor”), Əmrə Mor (“Selta”, İspaniya), Oğuzxan Özyakub (“Beşiktaş”), Yusuf Yazıcı (“Trabzonspor”), Səlçuk İnan (“Qalatasaray”), Okay Yokuşlu (“Trabzonspor”), Əmrə Akbaba (“Alanyaspor”), Yunus Mallı (“Volfsburq”, Almaniya), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), Kenan Karaman (“Hannover”), Tolqa Ciyərci (“Qalatasaray”);

Hücumçular: Cenk Tosun (“Beşiktaş”), Enes Ünal (“Levante”).

Qeyd edək ki, Türkiyə millisi noyabrın 9-da səfərdə Rumıniya ilə qarşılaşacaq. “Ay-ulduzlular” 4 gün sonra isə Antalyada “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığmasını sınağa çəkəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right