Millinin üzvü "Barselona" ilə oyunun iştirak ərizəsinə salınmadı

İspaniya Sequndasında 7-ci turdan təxirə salınan bir oyun keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” doğma meydanda “Barcelona”nın B komandası ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ximnastik" geridə qalan turlarda 12 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right