Türkiyə futbolunda maraqlı hadisə: Klub prezidenti futbolçunu meydanın kənarında döydü

Türkiyə Həvəskarlar Liqasında xoşagəlməz hadisə baş verib.

Newsport.az xəbər verir ki, Elazığ 1-cı Liqasında baş tutan "Yünlüce Gençlikspor" - "Sivilcespor" qarşılaşmasında qonaqların prezidenti Ahmet Yetik futbolçusunu meydanın kənarına çağıraraq, onu döyüb.

Qarşılaşmanın baş hakimi klub rəhbərini tribunaya göndərib. Ahmet Yetik hadisə ilə bağlı "Əsəblərimə hakim ola bilmədiyim bir epizodda futbolçuma təpik vurdum. Elədiyim hərəkətə görə çox üzgünəm" deyə fikir bildirib. 

Qeyd edək ki, "Yünlüce Gençlikspor" - "Sivilcespor" oyunu 5:4 hesabı ilə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right