Nouriyə qapını göstəriblər

Almaniyanın “Verder” klubu baş məşqçisi Aleksandr Nouri ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Newsport.az xəbər verir ki, Nouri ilə yanaşı, onun köməkçisi Markus Feldhoffa da qapını göstəriblər.

“Verder”i “Ayntraxt”la (Frankfurt) qarşıdakı oyuna klubun U-23 komandasının baş məşqçisi Florian Kohfeldtin çıxaracağı bildirilib.

Cari mövsümdə Bundesliqada qələbəyə həsrət qalan “Verder” 5 xalla 17-ci pillədə qərarlaşıb. Nouri “Verder”in “sükanı arxasına” 2016-cı ildə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right