"Qarabağ"ın sabiq futbolçusunun yeni klubu müəyyənləşib

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu rəmsən müəyyənləşib.

Newsport.az xəbər verir ki, son olaraq Türkiyənin "Adanaspor" klubunda çıxış edən braziliyalı futbolçu karyerasını Kiprdə davam etdirəcək. 

Ölkəmizdəki çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilən "samabçı" millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" klubu ilə razılıq əldə edib. Hücumçunun Famaqusta təsmilçisi ilə müqaviləsinin şərtləri bəlli olmasa da, yaxın günlərdə rəsmi müqavilə imzlayacağı dəqiqdi. 

Qeyd edək ki, Reynaldo ölkəmizdə oynadığı 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub. 2012/13 mövsümündə çempionatın gümüş mükafatını əldə edən legioner 2013/14 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adına yiyələnib. Azərbaycan klublarında avrokuboklarda ən çox qol vuran futbolçu ünvanı da məhz Reynaldoya məxsusdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right