Emin oynamadı, “Kalmar” uduzdu

Futbol üzrə İsveç çempionatında 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Hekken”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nuri bu görüşün iştirakçısı olmayıb. O, bu qarşılaşmanın sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Geridə qalan turlarda 32 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 12-ci pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right