Tural oynamadı, “Pobeda” yenə uduzdu

Futbol üzrə Makedoniya çempionatında 13-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Şkendiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

“Pobeda” geridə qalan turlarda 12 xal qazanıb və 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right