"Aue" Nazarovsuz xal itirdi

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Sankt-Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ötən oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün cəzalı olan Nazarov bu qarşılaşmanın iştirakçısı olmayıb.

“Aue” geridə qalan turlarda 17 xal toplayıb və 18 klub arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right