O, madridlilərin bu nəticəylə işini çətinə saldığını deyib

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”nin müdafiəçisi Markos Alonso qitənin ən nüfuzlu klub turnirindəki şansları barədə danışıb.

 

Newsport.az xəbər verir ki, ispaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Atletiko”nun Bakıda “Qarabağ”la oyununa da toxunub.

 

O, madridlilərin bu nəticəylə işini çətinə saldığını deyib:

 

“Birinci olmaq gözəldi. Son illər uğurlu nəticələr qazanan “Atletiko” ilə səfər oyununda yaxşı təsir bağışladıq. Bu oyunumuz mövsümün qalan hissəsində bizə nümunə olmalıdı. “Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çox çətinləşdirdi. Bu komandaya qarşı sevgim var. Ancaq hazırda düşündüyüm tək şey, “Roma”nı məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanmaqdı”. 

 

Qeyd edək ki, hazırda “Çelsi” 7 xalla liderdi. “Atletiko” isə 2 xalla 3-cü pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right