Arda Turan "Barselona"dan göndəriləcək

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku yığma komandanın və "Barselona"nın yarımmüdafiəçisi Arda Turan haqda açıqlama verib.

Newsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Barselona"nın baş məşqçisi Ernesto Valverde ilə əlaqə qurduğunu və Ardanın yay transfer pəncərisində satılacağını bildirib:

"Valverde ilə danışdım. Rəhbərlik ona Arda Turanın yayda satılacağını bildirib. Arda çətin günlər keçirdi. "Monako"ya, "Arsenal"a, "Qalatasaray"a adı hallandı, lakin keçidi baş tutmadı. Daha çox oynamağa ehtiyacı var". 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Barselona"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right