2017-in ən yaxşı məşqçisi Zidan oldu

FİFA 2017-ci ilin ən yaxşı məşqçisinin adını elan edib.

Newsport.az-ın məlumatına görə, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, "Real"ın çalışdırıcısı Zinəddin Zidan bu ilin ən yaxşı məşqçisi seçilib.

İlin ən yaxşı məşqçisi adına digər namizədlər Massimiliano Alleqri ("Yuventus") və Antonio Konte ("Çelsi") idi.

Xatırladaq ki, Z.Zidanın komandası "Real" ötən mövsüm La Liqanı,Çempionlar Liqası və UEFA superkubokunu qazanıb.

Qeyd edək ki, Zidan ilin ən yaxşı futbolçusu (1998) və məşqçisi (2017) mükafatını alan ilk idman adamı olaraq tarixə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right