Ronaldo, Messi, Neymar ən yaxşı kim olacaq?

Bu gün İngiltərənin paytaxtı Londonda FİFA ilin ən yaxşılarını mükafatlandıracaq.

 

Newsport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

2017-ci ilin ən yaxşı kişi futbolçusu adı uğrunda Kriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messi ("Barselona”, İspaniya) və Neymar (PSJ, Fransa) yarışır.


İlin ən yaxşı baş məşqçisi adına isə Zinəddin Zidan ("Real Madrid”, İspaniya)  Antonio Konte ("Çelsi”, İngiltərə) və Massimiliano Alleqri ("Yuventus”, İtaliya) iddialıdır.

 

Ən yaxşı qapıçı adına namizədlər isə bunlardır: Canluici Buffon ("Yuventus”, İtaliya), Keylor Navas ("Real Madrid”, İspaniya), Manuel Noyer ("Bavariya”, Almaniya).

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right