Xorxe Sampaoli: "Bu təzyiqi mətbuat və azarkeşlər yaradır"

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli komandasındakı durumla bağlı danışıb.

 

Newsport.az xəbər verir ki, Sampaoli yığma komandanın böyük təzyiq altında olduğunu bildirib. O, mətbuata və azarkeşlərə müraciət edərək dünya çempionatı ərəfəsində bu təzyiqi dayandırmağı tələb edib:

 

“Argentinada futbolçular “nəyin bahasına olursa-olsun, qalib gəlməlisən” təzyiqinin altında oynayırlar. Bu təzyiqi mətbuat və azarkeşlər yaradır. Elə buna görə də, çoxu talantından və kreativliyindən yararlana bilmir. Bu təzyiq nəticəsində, hərdən elə olur ki, öz gücümüzə belə, inanmırıq. Dünya çempionatından əvvəl bu təzyiqlərə son qoymaq lazımdı”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right