Liverpul klubunda baş məşqçi istefası

"Everton" baş məşqçi Ronaldo Kumanı istefaya göndərib.

Newsport.az-ın məlumatına görə, Liverpul klubunun son vaxtlar qeyri-qənaətbəxş çıxışı rəhbərliyin bu qərara gəlməsinə səbəb olub. Kumanın gedişindən əvvəl də İngiltərə mətbuatı Devid Moyesin yenidən "Everton"a qayıtmaq şanslarını yüksək qiymətləndirirdi.

Holland mütəxəsis 2016-cı ilin yayında "mersesaydlılar"ın sükanı arxasına keçmişdi. O, Belçika millisinə yollanan Roberto Martinezi əvəzləmişdi. Ötən mövsüm komanda Premyer Liqada 7-ci yeri tutsa da, "Mançester Yunayted"in ÇL-a vəsiqə qazanmasına görə Avroliqada iştirak etmək hüququ qazanmışdı.

Kumanın rəhbərliyi dövründə transferlərə 158 milyon avro xərclənsə də, investisiyalar özünü doğrultmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right