Azərbaycanlı futbolçu Portuqaliya klubunun heytində 90 dəqiqə oynadı

Portuqaliya II divizionunun B zonasında VII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Valeh Seyidovun formasını geyindiyi "Louletano" klubu bu turda səfər matçına çıxıb.  

Adıçəkilən komanda səfərdə "Pinhalnovense" klubunun qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 

Sənədləri hazır olmadığı üçüçn bundan əvvəlki 6 qarşılaşmada iştirak etməyən Seyidov bu matçda şans qazanıb. 21 yaşlılardan ibarət milli komandamıza namizəd futbolçulardan olan gənc hücumçu start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, "Louletano" 7 turdan sonra 11 xal toplayıb və turnir cədvəlində 16 komanda arasında 6-cı pillədə qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right