UEFA PSJ-ni cərimələdi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda baş verən pozuntulara görə cəza tətbiq edib.

Newsport.az-ın məlumatına görə, UEFA PSJ və “Seltik”i cəzalandırıb. Ali futbol qurumu bu komandalar arasında keçirilən qarşılaşma ilə bağlı araşdırma apardıqdan sonra “Seltik”i 10 min, PSJ-ni isə 5 min İsveçrə frankı cərimələyib.

Oyunun gedişində “Seltik” azarkeşlərindən biri meydana daxil olaraq, PSJ-nin hücumçusu Kilian Mbappeyə hücum etmək istəyib. PSJ fanatları isə stadiondakı kresloları qırıblar.

Qeyd edək ki, PSJ “Seltik”ə 5:0 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right