Nazarov bu hərəkətinə görə meydandan qovuldu

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Yan Regensburq”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Start heyətdə meydana çıxan millimizin üzvü 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Buna baxmayaraq, komandası azlıqda qələbə qolunu vurmağa nail olub.

“Aue” geridə qalan 11 turda 16 xal toplayıb və 18 klub arasında 8-ci pillədə qərarlaşıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right