“Bavariya” qalib gəldi, “Borussiya” yenə xal itirdi

Almaniya Bundesliqasında 9-cu tura start verilib.

Newsport.az xəbər verir ki, turun ilk oyununda “Şalke” “Maynts”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Lider “Borussiya” ikinci oyun günündə meydana çıxıb. Dortmund təmsilçisi “Ayntraxt”ın qonağı olub və növbəti xal itkisi ilə üzləşib. 

“Bavariya” isə səfərdə “Hamburq”la üz-üzə gəlib. Münhen klubu 3 xalı tək qolla qazanıb. 

"Hannover" səfərdə "Auqsburq"a, "Bayer" isə Münhenqladbax "Borussiya"sına qalib gəlib. "Leypsiq" də doğma meydanda "Ştutqart"dan üstün olub.

Almaniya Bundesliqası, 9-cu tur

20 oktyabr

Şalke - Maynts 2:0

Qol: Qoretska, 13. Burqstaller, 74.

21 oktyabr

Ayntraxt - Borussiya D 2:2

Qol: Haller, 64-pen. Volf, 68 - N.Şahin, 19. Filipp, 57.

Auqsburq - Hannover 

Qol: Qreqoritş, 33 - Fyullkruq, 76; 89.

Borussiya M - Bayer 1:5

Qol: Conson, 7 - Bender, 48. Beyli, 59. Brandt, 61. Volland, 69. Pohjanpalo, 81.

Leyptsiq - Ştutqart 1:0

Qol: Sabitser, 23.

Hamburq - Bavariya 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right