Rauf Əliyev Albaniyada ardıcıl 3-cü qolunu vurdu

Albaniya çempionatında VII turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi”  səfərdə “Luftetari” ilə qarşılaşıb. Görüş Raufun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Matça start heyətində başlayan Əliyev 73-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Raufun “Kukesi”nin heyətində ardıcıl 3-cü qoludur.

Qeyd edək ki, “Kukesi” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni xala malik “Skenderbeu” isə liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right