“Aslanlar” və “sarı-larcivertlilər” qarşı-qarşıya

“Aslanlar” və “sarı-larcivertlilər” qarşı-qarşıya

Dünya derbiləri arasında prinsipiallığına görə ilk sıralarda duran “Galatasaray”- “Fənərbaxça” matçına saatlar qalıb.

Newsport.az xəbər verir ki, Ölkəmizdə də kifayət qədər azərkeş kütləsi olan hər iki klubun oyunları maraqla gözlənilir. İlk dəfə 1909-cu ildə qarşılaşan bu komandalar rəsmi olaraq 1910-cu ildə ilk matçlarına çıxıblar. Bu günə qədər komandalar 385 dəfə qarşılaşıb. Həmin oyunlardan 146-ında “fənərlilər”in üzü gülsə də, 122 oyunda “cim bom”lular qalib gəlib. Qalan 117 matç da isə komandalar meydanı sülhlə  tərk ediblər.

Komandalar sonuncu dəfə 2017-ci il 26 mayda Türkiyə kubokunun finalında qarşılaşıb və oyun “Galatasaray”-ın 1-0 qələbəsi ilə başa çatıb. Zaman ötür, illər keçir, dəyişməyən isə bircə şey var o da rəqabətdir.

Qeyd edək ki, “Galatasaray”- “Fənərbaxça” matçı 22 oktyabır Bakı vaxtı ilə saat 22:30 da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right