Məsut Özil gedəcəyi komandanın adını dostlarına dedi

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Britaniyanın “Mirror” nəşri yayıb. Xəbərdə Almaniya millisinin üzvünün bu barədə klubdakı komanda yoldaşlarına məlumat verdiyi qeyd edilib.

Qeyd edək ki, türk əsilli yarımmüdafiəçinin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır. Hazırda London klubunda həftəlik 300 min funt-sterlinq qazanan Məsut, yeni müqavilə üçün həftəlik 400 min funt-sterlinq tələb edir. "Arsenal" isə futbolçunun bu tələbi iklə razılaşmır.

Qeyd edək ki, Məsut Özil "Arsenal"a 2013-cü ildə "Real"dan 47 milyon avroya transfer olub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right