Ronaldo artıq ən çox qazanan məşhur deyil

“Real Madrid”in portuqaliyalı ulduzu Cristiano Ronaldo bir çox sahədə birinci olmağa alışıb, lakin artıq ona çətin bir rəqib var.

Avropanın bu günə qədər "ən çox qazanan" məşhurları siyahısında ilk pillədə Cristiano dururdu. Harri Poter kitabının yazarı  J.K.Rowling onu birincilikdən məhrum edənədək. Newsport.az  xəbər verir ki, Forbes jurnalının hər il müəyyənləşdirdiyi "ilin ən varlı məşhurları" siyahısinda Cristiano Ronaldo 2017-ci il üçün 93 milyon dollar qazanc əldə edərək, birinciliyi Rowlingə uduzub. Beləliklə J.K.Rowling  95 milyon dollar qazancla portuqaliyalı ulduzu 2 milyon dollar qabağlayır.

Qeyd edək ki, Ronaldo siyahıda ilk iyirmilikdə yer alan 3 futbolçudan biridir. Digər iki futbolçu Gareth Bale və Zlatan İbrahimoviçdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right