Antonio Konte ilə Joze Mourinyo söz savaşına çıxıblar

“Çelsi”nin baş məşqçisi Antonio Konte Joze Mourinyo söz savaşına çıxıblar.

 

Newsport.az xəbər verir ki, dünən “Benfika” – “Mançester Yunayted” görüşündən sonra Mourinyo italiyalı çalışdırıcıya “ilişib”.

 

“Mən heç vaxt zədələr haqqında danışmıram. Amma başqa məşqçilər bu barədə ağlayır, ağlayır və yenə də ağlayır. İbrahimoviç, Poqba, Fellaini və Roho kimi oyunçularımı itirdikdən sonra mən də onların yerində ola bilərdim.

 

“Roma” ilə oyundan sonra jurnalistlər Kontedən Mourinyonun dedikləri barədə fikir öyrəniblər: “Sizlər (jurnalistlər) bu sözlərin mənə deyildiyini düşünürsünüz? Əgər bu sözləri mənə ünvanlayıbsa, o öz komandasına diqqət etməli, özünə fikir verməlidi, başqa komandalara yox”.

 

Qeyd edək ki, hər iki komanda son vaxtlar zədəli futbolçuoların çoxluğundan əziyyət çəkir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right