"Trabzonspor" yeni baş məşqçisini açıqladı

Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Qara Dəniz təmsilçisini Rza Çalımbay çalışdıracaq. Bu barədə "bordo-mavilər"in rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Rza Çalımbay bu postda dünən istefaya göndərilən Ərsun Yanalı əvəz edib. 

Qeyd edək ki, "Trabzonspor" milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə də danışıq aparırdı. Lakin tərəflər arasında razılıq əldə olunmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right