DÇ-2018: Pley-off mərhələsinin püşkü atıldı

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. 

Newsport.az-ın məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan 8 komanda 4 cütə bölünüb.

FIFA reytinqində daha yüksək göstəricisi olan İsveçrə, İtaliya, Xorvatiya  və Danimarka milliləri səpələnmişlər sırasında yer alıb. Şimali İrlandiya, İsveç, İrlandiya  və Yunanıstan isə səpələnməmişlər olub.

Püşk aşağıdakı milliləri üz-üzə qoyub:
Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya

Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right