Məşhur futbolçu millimizin sabiq üzvünün komanda yoldaşı oldu

Bir vaxtların tanınmış hücumçusu Trezor Lua-Lua karyerasını Şimali Kiprdə davam etdirəcək.

Newsport.az-ın xəbərinə görə, konqolu forvard burada  “Yeni Boğaziçi” klubunun şərəfini qoruyacaq. O, Azərbaycan milli komandasının sabiq üzvü Nodar Məmmədovun komanda yoldaşı olub.

Qeyd edək ki, 37 yaşlı Lua-Lua əvvələr “Nyukasl”, “Portsmut”, “Olimpiakos”, “Blekpul”, “Karabükspor” kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right