"Barsa"nı "Qarabağ"ın rəqibi dayandırdı

İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, lider "Barselona" səfərdə "Qarabağ"ın ÇL-in qrupu mərhələsindəki rəqibi "Atletiko" ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Barselona" La Liqanın turnir cədvəlində 22 xalla liderdir. "Real" 17 xalla 2-cidir. "Atletiko" 16 xalla 3-cü pillədə qərarlaşıb.

 

"Atletiko Madrid" 1-1 "Barselona"

Qol: Saul 21 (1-0); Suarez 82 (1-1)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right