FİFA tərəfindən jestə görə cəzalandırılacaq Foto

 

Avstraliya yığmasının futbolçusu Tim Keyhill FİFA tərəfindən cəzaya məruz qalacaq.

Newsport.az xəbər verir ki, buna səbəb futbolçunun qol sevinci zamanı nümayiş etdirdiyi jestdi. Keyhill Suriya ilə keçirilən pley-off qarşılaşmasnın qəhrəmanı olub. O, cavab oyununda dublla yadda qalıb.

37 yaşlı futbolçu qol vurduqdan sonra şəxsi sponsoru olan “TripADeal” kompaniyasına işarə olaraq, əli ilə “T” hərfini göstərib. Əslində, bu jest diqqətdən kənarda qalmışdı. Ancaq kompaniya Keyhilli “instaqram”da təbrik etdikdən sonra FİFA duyuq düşüb.

Təbrik sonradan silinsə də, artıq FİFA məsələ ilə bağlı araşdırmalara başlayıb.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz